DÇ-2022: Vaqner Lav finalda hansı komandaların qarşılaşacağını düşünür?

DÇ-2022: Vaqner Lav finalda hansı komandaların qarşılaşacağını düşünür?

Braziliyalı hücumçu Vaqner Lav Qətərdə təşkil olunan dünya çempionatının finalçılarının adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 38 yaşlı futbolçu "Metaratings.ru"nun əməkdaşına Braziliyanın Serbiyaya qalib (2:0) gəlməsinə belə münasibət bildirib: 

"Rişarlison ondan gözlənilən hər şeyi etdi. Debütdə iki qol çox yaxşı başlanğıcdır!

Braziliya dünya çempionatının finalına qədər irəliləyəcək. Həlledici oyunda rəqib kim olacaq? Məncə, Fransa olacaq. Fransızlarla həlledici görüşdə qarşılaşıb qələbə qazanacağıq”.

Vaqner Lav Braziliya millisində 20 oyun keçirib və 4 qol vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər