DÇ-2022-nin seçmə oyununda qalmaqal: Stadion cadulanıb...

DÇ-2022-nin seçmə oyununda qalmaqal: Stadion cadulanıb...

DÇ-2022-nin Afrika seçmə mərhələsinin Əlcəzair - Burkina Faso matçında maraqlı hadisə yaşanıb.

Fanat.az xəbər verir ki, meydan sahibi tərəf qonaqları stadionu cadulamaqda ittiham edib. 

Bu haqda "DzFoot"un əməkdaşı Vəlid Ziani məlumat yayıb. Bu ittihamdan sonra Əlcəzair tərəfi "qara sehri aradan qaldırmaq üçün" din xadimi çağırıb və stadiona dua oxutdurub.

Qeyd edək ki, Afrika seçmə mərhələsinin A qrupunun 6-cı turunda üz-üzə gələn komandaların dueli 2:2 hesabı ilə başa çatıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər