DÇ-2022: İranlı fanatlar milli rəmzlərini aşağılayaraq etiraz etdilər

DÇ-2022: İranlı fanatlar milli rəmzlərini aşağılayaraq etiraz etdilər

DÇ-2022 çərçivəsində ikinci oyununu keçirən İran millisi hazırda Qətərin "Əhməd bin Əli" arenasında Uelslə qarşılaşır.

Fanat.Az xəbər verir ki, bu mundialdakı öncəki qarşılaşmada - İngiltərə ilə görüşdə (2:6) dövlət himnini oxumayan  iranlı futbolçular və azarkeşlər növbəti dəfə diqqət mərkəzinə düşüb.

Belə ki, yenə futbolçuların əksəriyyəti himni oxumayıb, azarkeşlər isə dövlət rəmzini fitə basaraq İran hökumətinin yürütdüyü siyasətə etiraz ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər