DÇ-2022: İlk finalçını Orsato müəyyənləşdirəcək

DÇ-2022: İlk finalçını Orsato müəyyənləşdirəcək

Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq Argentina - Xorvatiya matçını hansı hakimin idarə edəcəyi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, FİFA matçı İtaliyadan olan Daniele Orsatoya həvalə edib.

Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Orsatoya həmyerliləri Çiro Karbone və Alessandro Calyatini yan xətt hakimi kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Birləşmiş Ərəb Əmirliklərindən olan Məhəmməd Abdulla yerinə yetirəcək.

Argentina - Xorvatiya matçı avqustun 13-də “Lusail” stadionunda keçiriləcək. Bu oyunun qalibi mundialın finalında Fransa - Mərakeş cütünün güclüsü ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər