FIFA prezidenti Canni İnfantinodan Qətərdə keçiriləcək 2022 dünya çempionatı ilə bağlı çarpıcı açıqlamalar gəlib.
Fanat.Az xəbər verir ki, bu il 13-cü dəfə həyata keçirilən Dubay Beynəlxalq İdman Konfransında danışan dünya futbolunun rəhbəri, yarışın 32 deyil, 48 komanda ilə keçirilməsi və ev sahibliyinin başqa ölkələrə paylanılması yönündəki arzularını dilə gətirib.
2026-cı il dünya çempionatının 48 komanda ilə oynanılacağını xatırladan İnfantino. "Mümkünsə bunu niyə 4 il öncə yoxlamayaq ki? Komanda sayını 48ə yüksəltsək bu bütün dünyanı sevindirər və biz də bunu etməliyik" ifadələrini işlədib.
Qətərin, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirlə olan pis münasibətləri isə bu nöqtədə ən böyük problem kimi gözə çarpır. Sözügedən ölkələr, terrorizmə dəstək verməkdə ittiham etdikləri Qətərə diplomatik və ticari embarqo qoyub.
Fanat.Az