"Üçüncü penalti sadəcə, gülməli idi"

"Üçüncü penalti sadəcə, gülməli idi"

"Selta"nın hücumçusu Nolito İspaniya La Liqasının 30-cu turunda - "Real Madrid"lə oyunda (1:2) referi Pablo Qonsales Fuertesin qapılarına 3 penalti təyin etməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Marca" onun söylədiklərini belə çatdırıb:

"Əla oynasaq da, yekunda xalsız qaldıq. Heç-heçəyə layiq idik. Qapımıza üç penalti təyin etdilər. Üçüncü penalti sadəcə, gülməli idi. Hakimlər "Selta"ya hörmət etməlidirlər. "Real" və "Barselona" ilə rəqabət aparmaq çətindir. Təəssüf ki, bu oyunda gülünc təsir bağışlayan məqamlarla üz-üzə qaldıq. Bizə hörmət etmirlər".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər