Corcinanın bu paylaşımı gündəm oldu - Ronaldudan ayrılır?

Corcinanın bu paylaşımı gündəm oldu - Ronaldudan ayrılır?

"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges 38 yaşlı superulduzdan ayrılmaq istədiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesablarında bu barədə paylaşım edib:

"Paxıllar söz-söhbət yayır, axmaqlar isə onlara inanır".

Daha öncə müxtəlif mənbələrdə Kriştianunun Corcinanın ticarət mərkəzlərində çox vaxt keçirməsindən qıcıqlandığı və onların münasibətinin pozulduğu haqda məlumatlar yayılıb.

Qeyd edək ki, bir neçə övladı olan cütlüyün rəsmi nikahı yoxdur.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər