"Keşlə”ninyarımmüdafiəçisi Con Kamara Premyer Liqanın 24-cü turunda "Qəbələ”yə 1:2 hesabı ilə yenildikləri matçın ardından jurnalistlər önünə çıxıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı legioner suallara cavab verməmişdən öncə matçla bağlı fikirlərini bölüşüb:
"Bu gün yaxşı oynadığımızı düşünürəm. Xüsusilə ilk hissədə üstün idik. Kifayət qədər şans əldə etdik, amma yararlana bilmədik”.
- Oyunda geridönüş etmək üçün sizdə nə çatmadı? - İlk qoldan sonra 2-ci qolu vurmaq üçün 20 dəqiqəmiz var idi. Çalışdıq, epizodlar yaratdıq, amma topu tora qovuşdura bilmədik və məğlub olduq.
- "Keşlə” hazırda sonuncu yerdədir, mövsümün bitməsinə isə 4 tur qalıb. Sizcə, sonuncu pillədən qurtulmaq üçün nə etməlisiniz? - Bu, futboldur, hər şey mümkündü. Biz növbəti 4 oyunda əlimizdən gələni edəcəyik ki, son pillədən qurtulaq.
- Növbəti turda çempionluq üçün mübarizə aparan "Qarabağ” ilə oynuyacaqsız. Bu barədə nə deyə bilərsiniz? "Qarabağ”a qalib gəlmək mümkündürmü? - Dediyim kimi, futbolda hər şey mümkündü. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik.
- "Keşlə” çempionatı sonuncu pillədə bitirsə, növbəti mövsüm komandada qalacaqsınızmı, yoxsa başqa komandalardan gələn təklifləri dəyərləndirəcəksiz? - "Keşlə” ilə müqaviləm davam edir, bu barədə heç nə deyə bilmərəm.
Fanat.Az