Ceyhun Haşımovun son durumu - Açıqlama

Ceyhun Haşımovun son durumu - Açıqlama

Dekabrın 10-u tarixində I Divizionun 14-cü turunda baş tutan "Mingəçevir" - "Qaradağ Lökbatan" matçından sonra görüşün hakimləri və hakim-inspektoru Bakıya qayıdan zaman qəzaya uğrayıblar. 

Hadisə zamanı yaralanaraq xəstəxanaya yerləşdirilən hakim-inspektor Ceyhun Haşımov vəziyyətini maraqlandıq.

Fanat.Az-a danışan sabiq referinin FİFA dərəcəli hakim qardaşı Mübariz Haşımov durumu belə izah etdi: 

Ceyhun Haşımovun son durumu - Açıqlama

"Dekabrın 16-da əməliyyat olundu və protez qoyuldu. Artıq ayağı ilə yüngül hərəkətlər edə bilir. Amma hələ ayağı qaldırmaq, çevirmək kimi hərəkətlər etmir. İki gün öncə həkimlər yataqda otuzdurmağa cəhd etdilər. Yavaş-yavaş alınır. Amma zamana ehtiyac var. İnşallah, yaxşı olar". 

Ceyhun Haşımovun son durumu - Açıqlama

Xatırladaq ki, qəza Yevlaxın Tanrıqulular kəndində baş verib. “Opel” və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Futbol hakimləri isə Rövşən Rəcəbov, Elmin Süleymanov, Asif Abdullayev və Rəsul Babayev isə hadisə yerində xəsarət alıblar. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər