Cerrard: "Millinin Klopp, Mourinyu və Quardiola kimi məşqçilərə ehtiyacı var idi"

Cerrard: "Millinin Klopp, Mourinyu və Quardiola kimi məşqçilərə ehtiyacı var idi"
Stiven Cerrard İngiltərə millisində çıxış etdiyi dönəmlə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Cerrard BBC-nin podyayımına açıqlamasında yığmadakı məşqçi probleminə diqqət çəkib:
"Milli komandanı böyük təəssüf hissi ilə xatırlayıram. Şəkillərə baxıram və əla heyətə sahib olduğumuzu bir də anlayıram. Bəzən uğur qazanmağa yaxın olsaaq da, bacarığımızdan daha aşağı səviyyədə performans ortaya qoymuşduq.
İndi başa düşürəm ki, oyunçulardan daha "böyük" olan məşqçiyə ehtiyacımız var idi. Yəqin ki, Benites yığmada işləmək istəməzdi. İndi bir neçə məşçi var ki, status olaraq komandadan üstündülər. Məsələn, Klopp, Mourinyu və Quardiola. Məncə, onlara bənzər biri həmin heyətlə daha çox şey qazanardı".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər