“Liverpul”un sabiq kapitanı Stiven Cerrard bu gündən məşqçilik fəaliyyətinə başlayıb. Fanat.Az İngiltərə mənbələrinə istinadən xəbər verir ki, veteran ulduz sadiq qaldığı klubun akademiyasında çalışacaq.
1998-2015-ci illər aralığında “Liverpul”da 694 oyun keçirən, 182 qol vuran, 103 məhsuldar ötürməylə yadda qalan Cerrard karyerasını ötən ilin noyabrında bitirmişdi. Top qovduğu dönəmdə dünyanın ən yaxşılarından sayılan yarımmüdafiəçinin Çempionlar Liqası, UEFA Kuboku və UEFA Superkubokunu başı üzərinə qaldırdığını da xatırladaq.
Fanat.Az