Cerard Pike milli karyerasını bitirdi

Cerard Pike milli karyerasını bitirdi
"Barselona"nın müdafiəçisi Cerard Pike İspaniya yığmasında karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu 2009-cu ildə debüt etdiyi yığmada 103 oyuna 5 qol vurub. O karyerasını bitirməklə bağlı qərarını belə izah edib: 
"Mən Luis Enrike ilə bir-iki həftə əvvəl söhbət etdim və ona belə bir düşünülmüş qərar qəbul etdiyimi dedim. Bu çox gözəl dövr idi, mən bu müddət ərzində Avropa və dünya çempionu oldum. Fikrimi "Barselona"ya cəmləşdirməyə hazırlaşıram. "Barsa"da nə qədər çox vaxt keçirsəm, bir o qədər yaxşıdı".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər