II Liqada 8-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“Şahdağ Qusar” - “Qusar” matçı qolsuz bitib. Dörd qolluq “Şəki Siti” – “Füzuli” matçında da qalib müəyyənləşməyib. “Cəbrayıl” isə “Şəfa” ilə səfər matçında darmadağına sevinib.
II Liqa 8-ci tur 24 oktyabr
“Şahdağ Qusar” – “Qusar” 0:0 Şamaxı OİK stadionu, 14:00.
“Şəfa” – “Cəbrayıl” 2:6 Qollar: Elşən Mirzəzadə, 44. Emil Valehov, 65 – Mehman Süleymanlı, 14. Nurlan Quliyev, 21; 25. Baxşəli Baxşəliyev, 41. Ağabəkir Həşimli, 62. Məhərrəm Orucov, 90+1. Binə qəsəbə stadionu, 14:30.
“Şəki Siti” – “Füzuli” 2:2 Qollar: Ceyhun Rəcəbli, 31. Xaliq Şabanov, 62 – Rəvan Abbasov, 79; 88. Şəki şəhər stadionu, 15:30.