Bu gün futbol üzrə Azərbaycan 2-ci liqasında 15-ci tur yekunlaşıb.
Fanat.Az xəbər verir ki, son gündə 4 görüş reallaşıb.
"Cəbrayıl" "Kürmük Qax"ı 9 cavabsız qolla üstələyibsə, "Kür-Araz" "Göygöl"ü 5 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. "Dinamo" "Şəmkir"i, "Füzuli" isə "Qusar"i məğlubiyyətə uğradıb.
5 mart (çərşənbə axşamı)
"Cəbrayıl" - "Kürmük Qax" - 9:0 Qlolar: Elşad Əliyev, 8, Hüseyn Novruzov, 12, Əli Nəcəfli, 32, Tapdıq Əhmədov, 35,Polad İbrahimov, 41, 56, Ruslan Voronsov, 46, 80, Nurlan Quliyev, 64
"Kür-Araz" - "Göygöl" - 5:0 Qollar: Cavid İmamverdiyev, 9, Müseyib Vəlizadə, 15, 51, Ramazan Abbasov, 55, Elariz Xəlilli, 68
"Dinamo" - "Şəmkir" - 3:2 Qollar: Fizluli Dəmirov, 44, İntiqam Məmmədov, 56, Valeh Seyidov, 67 - İlkin Əliyev, 7, Taleh Nəbiyev, 63
"Qusar" - "Füzuli" - 1:3 Qollar: Viqar Əlibabayev, 77 - Elvin Nəsibov, 17, Emin Quliyev, 51, Mirkamil Əliyev, 73 Qırmızı vərəqə: Kamil Nəzərli, 19
4 mart (bazar ertəsi)
“Şahdağ Qusar” – “Bakı Sportinq” - 1:1
“Ağdaş” – “Şəki Siti” - 1:1
“Şəfa” – “Lerik” - 3:2
Qeyd edək ki, İkinci Liqanın turnir cədvəlinə 38 xalı olan "Bakı Sportinq" başçılıq edir. "Cəbrayıl" (33 xal) 2-ci, "Füzuli" (32 xal) 3-cü pillədə qərarlaşıb.