Futbol üzrə Misli Premyer Liqasında bu gün X tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Şamaxı" öz meydanında "Qəbələ"ni qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Vaxtilə "Qəbələ"də çıxış edən və "qırmızı-qaralar"ın kapitanı olan, hazırda isə "Şamaxı"nı çalışdıran Cavid Hüseynov keçmiş komandasını büdrədib.
Qeyd edək ki, komandalar bunadək ölkə çempionatlarında 56 dəfə üz-üzə gəliblər. Bunların 19-da meydan sahibləri, 18-də qonaqlar qələbə qazanıb. 19 görüşdə isə heç-heçə qeydə alınıb. Topların nisbətində də Şamaxı təmsilçisi öndədir - 73:61. "Qəbələ" rəqibinə qarşı Premyer Liqadakı son 8 matçda meydanı qolsuz tərk etməyib. Ardıcıl iki məğlubiyyət alan meydan sahibləri son 5 qarşılaşmada qələbə qazanmayıb.
Xatırladaq ki, X turun "Turan Tovuz" - "Səbail", "Sabah" - "Zirə" oyunları oktyabrın 15-də, "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" görüşü isə oktyabrın 16-da olacaq.
Misli Premyer Liqası
X tur
14 oktyabr (cümə)
“Şamaxı” – “Qəbələ” 1:1
Qollar: Kamran Quliyev, 71 - Adil Nağıyev, 60-avtoqol
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 70. Bahadur Həziyev, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov Baş məşqçi: Vüqar Əsgərli
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev VAR: Cavid Cəlilov AVAR: Kamran Bayramov Hakim-inspektor: Feyzulla Feyzullayev Şamaxı şəhər stadionu
