İki gün öncə "Modern Hospital”da infarkt keçirən, ardından Mərkəzi Klinik Xəstəxanaya aparılaraq ürəyinə iki stend qoyulan Böyükağa Hacıyevin vəziyyəti ağır-stabil olaraq qalır.
Fanat.Az xəbər verir ki, 2012-ci ildə beyin şişindən əməliyyat edilən mütəxəssisin infarkt keçirməsi bu günlərdə nəzərdə tutulan növbəti beyin əməliyyatına əngəl olub. Onkoloji problemdən əziyyət çəkən təcrübəli çalışdırıcının qan dövranı arzulanan səviyyədə deyil. Hazırda qan dövranının yaxşılaşdırılması həkimlərin qarşısına qoyulan ikin tələbdir. 12 fevral tarixində Hacıyevin müalicəsisinin hansı istiqamətdə davam etdiriləcəyiylə bağlı qərar veriləcək.
Fanat.Az