Byelsanın xələfi kimdir? - TANIYAQ

Byelsanın xələfi kimdir? - TANIYAQ

Argentinalı mütəxəssis Marselo Byelsanın "Lids" klubunun baş məşçisi postundan qovulduğu xəbərini vermişdik. 

Fanat.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssisin yerinə təyiin olunacaq baş məşqçinin adı da açıqlanıb. Bu ABŞ-dan olan 48 yaşlı mütəxəssis Cessi Marşdır. 

Marş "Nyu York Red Bullz", "Layptsiq", "Salzburq" kimi klublara başçılıq edib. 

Cessi Marş 2015-ci ildə "Nyu York Red Bullz"la MLS-in qalibi, 2019/20 və 2020/21-ci illər mövsümündə "Salzburq"la Avstriya çempionu, eləcə də ölkə kubokunun qalibi olub.

O, 2015-ci ildə ABŞ-da ilin ən yaxşı məşqçisi adına da layiq görülüb.

Emin 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər