"Bütün qaradərililərə yazığım gəlir" - Rafael rasizmin kökünün kəsilməyəcəyini düşünür

"Bütün qaradərililərə yazığım gəlir" - Rafael rasizmin kökünün kəsilməyəcəyini düşünür

"Milan"ın portuqaliyalı hücumçusu Rafael Leau komanda yoldaşı - "qırmızı-qaralar"ın qapıçısı Mik Menyanın irqçi təzyiqlərə məruz qalmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sport Mediaset" onun dediklərini belə çatdırıb:

"Biz mövcud durumla mübarizə aparmalıyıq. Rasizmin kökü heç vaxt kəsilməyəcək, amma buna qarşı çıxmağa davam etməliyik. Menyan çox gərgin idi, oynamaq istəmirdi. Çünki bu, ilk belə hal deyil. Şəxsən mənim bütün qaradərili oyunçulara yazığım gəlir. Rasizmə qarşı bütün klublar və bütün futbolçular mübarizə aparmalıdır".

Xatırladaq ki, Menyan İtaliya A Seriyasının 21-ci turu çərçivəsində "Udineze"yə qarşı keçirdikləri görüşdə hakimə yaxınlaşaraq rəqib fanatların irqçi təzyiqinə məruz qaldığını bildirmişdi. Bu səbəbdən meydanı tərk edən qolkiper digər futbolçuların dəstəyi sayəsində geri dönərək oyunu davam etdirmişdi. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər