Bütün dünyada VAR-ın fəaliyyətinə qadağa qoyula bilər - SƏBƏB

Bütün dünyada VAR-ın fəaliyyətinə qadağa qoyula bilər - SƏBƏB

Video köməkçi hakim (VAR) texnologiyasının istifadəsi müvəqqəti dayandırıla bilər. 

Fanat.Az "Marca"-ya istinadən xəbər verir ki, buna səbəb məhkəmə çəkişməsidir.

Xəbərə görə, madridli Fransisko Lopes İspaniya Kral Futbol Federasiyası (RFEF) və FİFA-ya qarşı iddia qaldıraraq, VAR texnologiyasının müəllifi olduğunu iddia edib. Lopes bildirib ki, onun 1999-cu ildə qeydiyyatdan keçmiş “XXI əsrin futbolu” layihəsi 2006-cı ildə qeydə alınan VAR sisteminin əsası olub. 69 yaşlı kişi sözügedən qurumları onun kəşfindən icazəsiz istifadədə ittiham edib. O, bildirib ki, illər boyu, konkret, 8 il müəllifliyinin FİFA tərəfindən tanınmasına çalışıb, onlara məktublar göndərib və keçmiş hakim Xose Mariya Qarsiya Aranda ilə əlaqə saxlayıb.

Lopez iddiasında RFEF və FİFA-dan 300 milyon avro təzminat tələb edib. Məhkəmə işin araşdırılması zamanı ehtiyat tədbiri olaraq VAR sistemindən istifadənin müvəqqəti dayandırılmasına qərar verilə bilər.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər