"Bunu hər gün beş-on dəqiqə edin" - Salah necə formada qalır?

"Bunu hər gün beş-on dəqiqə edin" - Salah necə formada qalır?

"Liverpul"un hücumçusu Məhəmməd Salah özünü necə formada saxladığına aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, misirli ulduz fikirlərini "qırmızılar"ın rəsmi saytına bölüşüb:

"Bəzən yuxudan oyananda çarpayının və ya stulun kənarında otururam, kürəyimi düzəldirəm, gözlərimi yumuram və nəyə nail olmaq istədiyimi, özümü necə görmək istədiyimi təsəvvür edirəm. Hiss ən vacib şeydir, çünki o, enerji kimidir.  Bir şeyi dərindən hiss edərək vizuallaşdırmağa başlayırsınızsa, bu, baş verəcək. Ancaq istədiyinə çatmaq üçün yalnız vizuallaşdırmaq deyil, həm də səylə çalışmaq lazımdır. Bu da özlüyündə çox cəsarət tələb edir.

Eyni zamanda əgər həqiqətən bir şeyi təkmilləşdirmək istəyirsinizsə, bunu hər gün beş, on dəqiqə edin. Hə, sadə səslənir, amma mənə inanın, bunu gündəlik etməyə çalışsanız, asan olmayacaq. Ancaq nəticəsini görəcəksiniz".

Xatırladaq ki, Salah "Liverpul" tarixində ardıcıl 7 mövsümdə 20 və daha çox qol vurmuş ilk futbolçudur.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər