"Yuventus"un qapıçısı Canluici Buffon futbol akademiyası açıb.
Fanat.Az xəbər verir ki, məşhur qolkiperin açdığı akademiyanın mətbuat xidməti təcrübəli əlcək sahibinin açıqlamasını yayıb:
"Buffonun akademiyası 8-16 yaş arası oğlan və qızlar üçün nəzərdə tutulub. Burda müasir futbolun sirlərinə yiyələnmək həm futbolu düzgün öyrənmək, həm də fərdi texniki imkanlarını genişləndirməsi baxımından çox faydalı olacaq.
Həmişə məşqlərin effektinə inanmışam. Qapıçı olmaq istəyən hər uşaq üçün tam fərdi proqram hazırlanacaq. Artıq iyun ayında "Buffonun yay düşərgəsi" layihəsini həyata keçirəcəyimizə ümid edirik. Əlbəttə, pandemiya planlarımızı pozmasa, uşaqlarla iyunun 13-də görüşmək istəyirəm. Görüş Marina-di-Pyetrasantada baş tutacaq".
Atilla