İtaliya millisinin və "Yuventus"un sabiq qapıçısı Canluici Buffon nəticəsinə görə ən çox üzüldüyü matçın adını çəkib.
Fanat.Az xəbər verir ki, veteran qolkiper İtalyanın "La Repubblica" qəzetinə müsahibəsində belə deyib:
“AÇ-2012-də İspaniya - İtaliya finalını təkrar oynamaq istərdim. Bəhanə axtarmıram, amma dözülməz fiziki və mənəvi şəraitdə idik. Əlavə bir gün istirahət etsəydik, hər şey başqa cür də ola bilərdi".
Xatırladaq ki, 2012-ci il Avropa çempionatının finalında italyanlar “buğalar”a 0:4 hesabı ilə uduzmuşdular.
Mirağa