"Bu, karyeramın ən böyük səhvi idi" - Sarridən etiraf

"Bu, karyeramın ən böyük səhvi idi" - Sarridən etiraf

İtaliyalı mütəxəssis Mauritsio Sarri məşqçilik karyerasında atdığı yanlış addımdan danışıb.

Fanat.Az xəbər verir ki, Sarrinin sözlərini "Sky Sport Italia" belə çatdırıb:

"Çelsi"dən getmək karyeramın ən böyük səhvi idi. Qalmaq üçün hər şey var idi. Hə, "Çelsi" mürəkkəb klubdur, orada ikinci mövsümü başa vurmaq son vaxtlar heç kimə qismət olmayıb. Mən isə ən azı İngiltərə premyer Liqasında qalmalıydım. Çox böyük səhv etdim. İtaliyaya qayıtmaq arzusu orada işləmək istəyimi üstələməli deyildi".

Xatırladaq ki, Sarri 2018/2019 mövsümündə "Çelsi" ilə Avropa Liqasının qalibi olub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər