Bu gün qadın güləşçilərimiz mübarizəyə başlayır

Bu gün qadın güləşçilərimiz mübarizəyə başlayır
Bu gün Azərbaycanın qadın güləşçiləri Serbianın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizə başlayır.
Fanat.Az xəbər verir ki, ölkə yarışda 3 qadın güləşçi ilə təmsil olunur. Bu gün yalnız Tatyana Omelçenko tatamiyə çıxacaq.
62 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda ispaniyalı Lidiya Pereslə güləşəcək.
Alyona Kolesnik (57 kq) və Elis Manolova (65 kq) sabah mübarizəyə qoşulacaq.
Bu gün həmçinin yunan-Roma güləşçisi Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşdə Rafal Krayevski (Poşa) / Hemza Haloui (Əlcəzair) cütünün qalibi ilə görüşəcək. Taleh Məmmədov (63 kq) isə təsəlliverici görüşdə polşalı Mateuş Şevçukun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər