"Bu adı mənə qazandıran..." - Qara Qarayev

"Bu adı mənə qazandıran..." - Qara Qarayev

"İdman ustası" adına layiq görüldüyüm üçün Gənclər və İdman nazirliyinə təşəkkür edirəm".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Qara Qarayev özünün feysbuk səhifəsində yazıb.

30 yaşlı yarımmüdafiəmi bu adı təkbışan qazanmadığını bildirib: "Bu adı mənə qazandıran klub rəhbərliyi, baş məşqçi, komanda yoldaşlarım və azarkeşlərimizə təşəkkür edirəm. Buna layiq görülməyimdə onların da zəhməti var. Təşəkkürlər, "Qarabağ"!

Qeyd edək ki, Qara Qarayevə "İdman ustası" dərəcəsi təqdim edilib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər