Bonilya zirvədə, Qadze bir addımlıqda

Bonilya zirvədə, Qadze bir addımlıqda
Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümü "Zirə”nin ən məhsuldar futbolçuları siyahısında lider dəyişikliyinə səbəb olmayıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, çempionatının yüksək dəstəsində "qartallar”ın ən yaxşı bombardiri olan Nelson Bonilya 14 qolla mövqeyini qoruyur.
İkinci sıradakı Riçard Qadzenin yeri dəyişməz qalsa da, cari mövsümdəki üç qolla Bonilyanın bir addımlığınadək irəliləyib. Qış fasiləsində komandadan ayrılan Xulio Sezar Rodrigez liderdən 2, Riçarddan 1 top geridədir.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər