Boks üzrə keçmiş dünya çempionu vəfat etdi

Boks üzrə keçmiş dünya çempionu vəfat etdi

Peşəkar boksçular arasında yüngül çəkidə keçmiş dünya çempionu Bobbi Çakon vəfat edib. WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə 1974-1975-ci illərdə qalib olmuş boksçu 65 yaşında dünyasını dəyişib.

O, uzun müddət idi ki, boksçuların daha çox məruz qaldığı ensefalopatiyadan (beyinin travmatik xəstəlikləri, kəllənin mexaniki zədələnməsi nəticəsində meydana çıxır, sinir - psixi funksiyaların pozuntuları ilə müşayiət olunur) əziyyət çəkirdi.

Qeyd edək ki, Bobbi Çakon peşəkar boksçu karyerası ərzində keçirdiyi 67 döyüşdən 59-da qalib gəlib. 1988-ci ildə o, boskdan ayrılıb. Bundan bir neçə il sonra tam yoxsullaşan Çakon küçələrdən şüşə qablar toplamaqla dolanıb. Bir müddət sonra ABŞ-ın Kaliforniya ştatının səhiyyə xidməti boksçunun vəziyyətindən xəbər tutaraq, ona qayğı göstərib. ("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər