Qana millisinin sabiq futbolçusu Kevin-Prins Boatenq Almaniyanın "Herta" klubu ilə 2023-cü ilədək müqaviləsini uzatması münasibətilə qeyri-adi addım atıb.
Fanat.Az xəbər verir ki, bu barədə alman klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Belə ki, 35 yaşlı yarımmüdafiəçi Berlin təmsilçisinin azarkeşləri üçün 2023 ədəd dönər kababı sifariş edib.
Kabablar "Herta"nın yeni mövsümdəki ilk oyunundan bir gün əvvəl paylanacaq.
Qeyd edək ki, Kevin-Prins Boatenq "Herta" ilə 30 iyun 2023-cü ilədək müqavilə bağlayıb.
Emin