Beynəlxalq Çempionlar Kuboku-2018 turniri çərçivəsində 5 qarşılaşma baş tutub.
Fanat.Az xəbər verir ki, ABŞ-da keçirilən turnirdə "Yuventus” "Bavariya”a 2:0 hesabı ilə qalib gəlib. "Benfika" Dormund "Borussiya"sını, "Mançester Yunayted" "Milan"ı penalti seriyasında keçib.
"Liverpul" "Mançester Siti"yə 2:1, "Tottenhem" "Roma"ya 4:1 hesabı ilə qalib gəlib.
Hər iki qolun müəllifi komandaya yenicə qatılan 21 yaşlı Andrea Favalli olub.
Beynəlxalq Çempionlar Kuboku-2018
Yuventus (İtaliya) - Bavariya (Almaniya) 2:0
Qollar: Andrea Favalli, 32; 40.
Borussiya D (Almaniya) - Benfika (Portuqaliya) 2:2 (penalti seriyası - 3:4)
Qollar: Maksimilian Filip, 20; 22 - Andre Almeyda, 51. Alfa Semedo, 69.
Mançester Siti (İngiltərə) - Liverpul (İngiltərə) 1:2
Qollar: Lorey Sane, 57 - Məhəmməd Salah, 63. Sadio Mane, 90+4-pen.
Roma (İtaliya) - Tottenhem (İngiltərə) 1:4
Qollar: Patrik Şkik, 3 - Fernando Llorente, 9; 19. Lukas, 44.
Milan (İtaliya) - Mançester Yunayted (İngiltərə) 1:1 (penalti - 8:9)
Qollar: Suso, 15 - Aleksis Sançes, 12.
Fanat.Az