"Bizə belə Morata lazımdır" - Dieqo Simeone

"Bizə belə Morata lazımdır" - Dieqo Simeone

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 6-cı turunda "Real" üzərində qazandıqları qələbədən sonra (3:1) "Kral klubu"na 2 qol vuran Alvaro Moratanı tərifləyib.

Fanat.Az xəbər verir ki, "Marca" Simeonenin dediklərini belə çatdırıb:

“Moratanın belə matçda iki qol vurması öz yerində, o, həm də çalışqanlığı sayəsində möhtəşəm oyun keçirdi. Bizə belə Morata lazımdır. Onda bizə və özünə lazım olan nəticələri əldə etmək üçün çox özəlliklər var. Ümid edirəm ki, Alvaro milli komanda və “Atletiko” üçün indiki səviyyəsini qoruya bilər”.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər