"Biz uğura daha çox acıq" - Emre Can

"Biz uğura daha çox acıq" - Emre Can

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Emre Can Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün PSJ-yə qarşı Almaniyada keçirəcəkləri qarşılaşma barədə danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Favorit və autsayderdən danışırıqsa, yəqin ki, hər şey bəllidir. Ancaq qarşıda hər şeyə aydınlıq gətirəcək iki oyun var. Ola bilsin ki, təcrübəmiz azdır, amma biz uğura daha çox acıq. Bundan istifadə etməliyik. Biz hazırıq!"

Qeyd edək ki, "Siqnal İduna Park" stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər