"Biz burada ikinci yeri tutmaq üçün deyilik" - Qabriel Jezus

"Biz burada ikinci yeri tutmaq üçün deyilik" - Qabriel Jezus

London "Arsenal"ının hücumçusu Qabriel Jezus komandasının cari mövsüm ortaya qoyduğu performansdan danışıb və növbəti "futbol ili" üçün hədəflərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, ESPN onun dediklərini belə çatdırıb:

"Bəlli məsələdir ki, bizim bu mövsüm sərgilədiyimiz oyunu çoxları şərh edəcək. İşlər yaxşı gedəndə hamı özümü uğurun bir parçası saymaq istəyir. Vəziyyət arzulanan səviyyədə olmayanda tənqidlər başlayır. Bilirik ki, hər şeydən öncə öz oyunumuza diqqət yetirməliyik. İPL-də oynamaq asan deyil. Çempionluq şansımız var idi. Təəssüf ki, pis oynadığımız bir neçə matç üzündən yersiz xallar itirdik. Ümumi baxsaq, zəif mövsüm keçirməmişik. Biz burada ikinci yeri tutmaq üçün deyilik. Düşdüyümüz durumdan nəticə çıxarmalıyıq ki, gələn mövsüm çempionluq uğrunda mübarizə aparaq".

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər