Birinci Divizionun mükafatlandırma mərasimi keçirildi - VİDEO

Birinci Divizionun mükafatlandırma mərasimi keçirildi - VİDEO
Birinci Divizionda 2020/2021-ci illər mövsümünün son görüşü - "Zaqatala – "Neftçi-2” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.
 
Fanat.Az xəbər verir ki, "Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında baş tutan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, "Neftçi” klubunun prezidenti Kamran Quliyev və başqa rəsmi şəxslər iştirak edib.
 
Hələ 2 tur əvvəl çempionluğu təmin edən "Neftçi-2”yə qızıl, "Zaqatala”ya isə gümüş medallar təqdim edilib.
 
Ötən tur üçüncü olacağı dəqiqləşən "Turan Tovuz” bürünc medallara sahib çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər