Bir oyun təxirə düşdü, digərlərində qol "yağdı"

Bir oyun təxirə düşdü, digərlərində qol "yağdı"

Futbol üzrə Azərbaycan I Divizionda XX tur start götürüb.

Fanat.Az xəbər verir ki, bu gün keçirilməli olan 4 görüşdən 3-ü baş tutub.

"Şamaxı-2" - "Mingəçevir" oyunu qonaq komandanın avtobusunun yolda qəzaya uğraması səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Keçirilən matçlara gəlincə, 3 oyunda qapılara 14 qol vurulub. Bunun 6-sı "Zirə" və "Qəbələ"nin əvəzedicilərinin görüşündə qeydə alınıb. Qələbəni qonaq komanda bayram edib. "Kəpəz-2" evdə MOİK, "Neftçi-2" isə səfərdə "Zaqatala"  üzərində asan qələbə qazanıb.   Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək. 7 mart 

“Zirə-2” – “Qəbələ-2” 2:4 Qollar: Zöhrab Əsədov, 11. Ramin Abdullayev, 76 - Hüseyn Mürsəlov, 14. Sənan Ağalarov, 23, 57. Salman Ələsgərov, 90+6-pen. Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Sevda Nuriyeva, Kamranbəy Rəhimov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Elman Musayev “ASK Arena”, 13:00

“Kəpəz-2” – MOİK 4:0 Qollar: Elnur Cəfərov, 38. Samir Məhərrəmli, 42, Nicat Məmmədov, 54. Oqtay Məmmədov, 76 Hakimlər: Səbuhi Bayramov, Ruslan Quliyev, Aydın Bəxşiyev, Əkbər Əhmədov Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Yavər Rəhimov Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00 (canlı/Insports.Tv)

“Zaqatala” – “Neftçi-2” 1:3 Qollar: Valeh Qəhrəmanlı, 60 - Oruc Məmmədov, 45+2. Həbib İsmayılov, 52. Elşad Tağıyev, 81 Hakimlər: Namiq Bəkirov, Səbuhi Sultanov, Zakir Şükürzadə, Murad Səlimov Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Mübariz Hüseynov Zaqatala OİK stadionu, 15:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər