Bir il əvvəl komada idi, indi dünya ondan danışır - FOTO

Bir il əvvəl komada idi, indi dünya ondan danışır - FOTO
Bir il öncə məşqdə qəza keçirən və ölümdən dönən kanadalı snovboard idmançısı Mark Makmorris Cənubi Koreyanın Pxençxan şəhərində keçirlən Qış Olimpiya Oyunlarında bürünc medal qazanaraq böyük uğura imza atıb.
Fanat.Az xəbər verir ki, Mark Makmorris məşq zamanı ağaca çırpılaraq ağır yaralanmış və uzun müddət komanda qalaaq yaşamaq uğrunda mübarizə aparmışdı. 
1,5 saatlıq axtarışdan sonra yaralı halda tapılan Makmorris helikopterlə xəstəxanaya aparılmış və bədənində 16 sınıq aşkarlanmışdı. Ötən ilin mart ayında baş verən qəzadan sonra 24 yaşlı idmançının yenidən idmana dönməsi mümkünsüz hesab edilirdi. Amma ümidini itirməyən əzmkarlıq nümayiş itdirərək yenidən idmana dönüb və Olimpiya Oyunlarına medal qazanmağı bacarmışdı.
Uzun müddət komanda qalan Makmorris başına gələnləri belə xatırlayır: "Məşq edərkən bir anda qarşıma ağac çıxdı. Nə olduğunu anlaya bilmədim. Uzun müddətxilas olunmaq üçün gözlədim. Bütün gözləmə müddətini xatırlayıram. Sadəcə həyatda qalmağa çalışırdım. Ağaca çırpıldıqdan sonra hərəkətsiz yatarkən bir daha bu işlə məşğul ola bilməyəcəyimi və öləcəyimi düşündüm".
 
Bir il əvvəl komada idi, indi dünya ondan danışır - FOTO Bir il əvvəl komada idi, indi dünya ondan danışır - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər