"Everton"un baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqası çərçivəsində "Vest Hem"ə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini "talkSPORT" belə çatdırıb:
"Bilmirəm məğlub olacağımız halda, məni qovacaqlar, ya yox. İşim komandanı idarə etməkdir. Həm futbolçu olduğum, həm də məşqçilik etdiyim vaxtlarda təhlükələrlə tez-tez üzləşmişəm. Qarşıda 17 oyunumuz var. Onların hər biri barədə xüsusi xəyallar qurmuram".
Qeyd edək ki, "Everton" "Vest Hem"lə yanvarın 21-də qarşılaşacaq.
Nihat