“Beşiktaş”ın yeni baş məşqçisi bəlli oldu

“Beşiktaş”ın yeni baş məşqçisi bəlli oldu

“Beşiktaş"ın yeni baş məşqçisi bəlli olub.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Fernandu Santuş çalışdıracaq. Razılaşmanın detalları açıqlanmayıb.

Joao Karlos Kosta, Paulo Mendes, Justino Fernando, Rikardo Miguel Santos, Jorge Rosario isə Santuşun koməkçiləri təyin edilib.

Xatırladaq ki, 69 yaşlı portuqaliyalı mütəxəssisin son iş yeri Polşa millisi olub. O, "Portu", PAOK, AEK, "Panatinaikos", "Sportinq", "Benfika" klublarını, həmçinin Yunanıstan və Portuqaliya millisini də çalışdırıb. Portuqaliya millisi Santuşun rəhbərliyi alıtnda AÇ-2016-nın qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər