"Berdıyevin RPL-ə qayıdışı..." - Yuri Syomin

"Berdıyevin RPL-ə qayıdışı..." - Yuri Syomin

Tanınmış rusiyalı mütəxəssis, "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Kurban Berdıyevin Rusiya Premyer Liqasında (RPL) çıxış edən “Soçi”yə baş məşqçi təyin edilməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Çempionat" onun dediklərini belə çatdırıb:

"Berdıyevin RPL-ə qayıdışı Rusiya futbolu adına müsbət haldır. "Soçi" futbolumuza çox şey vermiş, təcrübəli mütəxəssisə tapşırılıb. Kurban Bekiyeviçin yaddaqalan uğurları az olmayıb. Onun rəhbərliyi altında "Rubin"in "Barselona"nı yendiyini hamı gözəl xatırlayır. Yüksək səviyyəli məşqçidir. Ona uğurlar arzulayıram!"

Son iş yeri ötən ilin sentyabrında tərk etdiyi "Rostov" olan Syomin 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırıb. Onun rəhbərliyi altında Azərbaycan çempionatının bürünc medallarını qazanan "qırmızı-qaralar" ölkə kubokunun finalında da oynayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər