"Beqoviç düyünü" - İntizar nə zaman bitəcək?

"Beqoviç düyünü" - İntizar nə zaman bitəcək?
"Qarabağ"ın qapıçısı Asmir Beqoviç qış fasiləsində Ağdam klubunu tərk edib məxsus olduğu İngiltərənin "Bornmut" klubuna qayıdacağı barədə məlumat vermişdik. 
Futbolçunun klubdan ayrılıb-ayrılmadığı hələ də sual altındadır. Məsələnin nə yerlə olduğunu öyrənmək üçün Ağdam klubu ilə əlaqə saxladıq. Klubun mətbuat katibi Nurlan İbrahimov bildirdi ki, Asmir Beqoviçin gedib-getməyəcəyi məsələsi hələ də dəqiqləşməyib. 
Qeyd edək ki, bu ilin sentyabrında "Qarabağ" keçən bosniyalı futbolçunun müqaviləsi dekabrın sonunda başa çatıb. Ağdam klubu Avropa Liqasında qrup səddini keçəcəyi halda təcrübəli qolkiperin mövssümün sonuna qədər komandada qalacağı gözlənilirdi. Lakin "Qarabağ"ın qrupda qalacağı qətiləşdikdən və Azərbaycan Premyer Liqasının səviyyəsinin aşağı olduğu düşünən qapıçının müqaviləni uzatmamaq qərarı verdiyi bildirilirdi.
 
Mənbə: Sport7.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər