Benzema ən böyük arzularından danışdı

Benzema ən böyük arzularından danışdı

"Real Madrid"in və Fransa millisinin hücumçusu Kərim Benzema gələcək hədəflərindən danışıb.

Fanat.Az xəbər verir ki, "Onze Mondial" onun söylədiklərini belə çatdırıb:

"Gələcəklə bağlı arzularım və planlarım çoxdur. Mükafatlar qazanmaq, bundan sonra daha bir və ya bir neçə dəfə Çempionlar Liqasının qalibi olmaq istəyirəm. Milli komanda ilə dünya çempionu adını qazanmaq da ən böyük arzularımdan biridir. Mundialın qızıl medalına sahib çıxmaq xüsusi hisslərə meydan verər. Hə, etiraf edim ki, dünya çempionluğuna köklənmişəm. Buna nail olmaq üçün mümkün olan hər şeyi etməyə hazırıq".

Xatırladaq ki, "Real"a son Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran Benzema həm qitənin ən nüfuzlu klub turnirinin ən sərrast oyunçusu, həm də ən yaxşı futbolçusu ünvanına sahib çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər