"Benzema dünyanın ən yaxşı oyunçularından biridi"

"Benzema dünyanın ən yaxşı oyunçularından biridi"
Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre "Real"ın hücumçusu Kərim Benzemanın 2019-20 mövsümündəki çıxışından bəhs edib.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, Le Qre bunları deyib:
"Benzema "Real"ın heyətində inanılmaz mövsüm keçirdi. Artıq bu münasibətlə Zidanı təbrik etmişəm.
Bitən mövsümün gedişatına nəzər salsaq, Benzemanı dünyanın ən yaxşı oyunçularından biri adlandıra bilərik. Ən yaxşı futbolçu? Bu barədə dəqiq fikir deyə bilmərəm, çünki onun oynadığı matçların hamısını izləməmişəm. Mənə görə, Benzema karyerasının ən yaxşı mövsümünü keçirdi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər