"Belə qalibiyyətlər nadir hallarda olur" - Qurban Qurbanov

"Belə qalibiyyətlər nadir hallarda olur" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Şamaxı"ya 8:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis Premyer Liqanın XXIII turunda qeydə alınan darmadağını belə şərh edib: 

"Layiqli qələbə oldu. Futbolçularım çox yaxşı hazırlaşmışdı. İlk dəqiqələrdən hiss olundu ki, hamısında yüksək konsentrasiya var. Futbolçularımı təbrik edirəm. Bu cür qalibiyyətlər il ərzində nadir hallarda olur.

Futbolçuları hər matça daha yaxşı hazırlamaq istəyirəm. Onların ustalıq səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni edirik. Qarşıdakı hər bir görüş bizim üçün vacibdir".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər