"Belə oyun üslubu mənə daha uyğundur" - Kay Haverts

"Belə oyun üslubu mənə daha uyğundur" - Kay Haverts

Bu yay "Çelsi"dən "Arsenal"a keçən almaniyalı yarımmüdafiəçisi Kay Haverts yeni komandası ilə "zadəganlar"ı müqayisə edib.

Fanat.Az xəbər verir ki, ESPN onun dediklərini belə çatdırıb:

"Burada "Çelsi"də gördüyümüzdən fərqli oyun tərzinə güvənirlər. Belə oyun üslubu mənə daha uyğundur. Əlbəttə, həmişə uyğunlaşmaya müəyyən zaman lazım olur. Komandada yeniyəm və mənə müəyyən vaxt lazımdır. Ancaq yüksək səviyyədə oynamaq üçün bacardığımı edirəm".

Qeyd edək ki, 2022/2023 mövsümündə "Çelsi" forması ilə bütün turnirlərdə 47 matça çıxaraq 9 qol vurub. 24 yaşlı "göylər"in heyətində Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər