Bekhemdən həyat yoldaşı ilə bağlı etiraf: "Təəssüf ki, 23 ildir..."

Bekhemdən həyat yoldaşı ilə bağlı etiraf: "Təəssüf ki, 23 ildir..."

Əfsanəvi futbolçu Devid Bekhem həyat yoldaşı Viktoriya haqqında maraqlı açıqlama verib. 

Fanat.Az-ın məlumatına görə, o, qonaq olduğu verilişlərdən birində ailə həyatı haqqında danışıb:

"Təəssüf ki, 23  ildir eyni şeyləri yeyən biri ilə evliyəm. Həyat yoldaşım qızardılmış balıq və tərəvəzdən başqa heç nə yemir. 

Dadlı nəsə yeyəndə onu hər kəsin dadmasını istəyirəm. Ən sevdiyim şey həyat yoldaşımın fərqli nəsə yediyini gördüyüm andır. Ancaq o da Harperə hamilə olduğu dönəmdə olub. Boşqabımdan bəzi şeyləri götürüb yedi. O gündən sonra fərqli nəsə yediyi yadıma gəlmir". 

Qeyd edək ki, Devid və Viktoriya  23 ildir evlidirlər. Onların Bruklin (19), Romeo (15), Kruz (12) ve Harper (6) adında 4 övladı var. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər