"Bəhanə etmək çıxış yolu deyil" - Qattuzodan yenilgi şərhi

"Bəhanə etmək çıxış yolu deyil" - Qattuzodan yenilgi şərhi

"Valensiya"nın baş məşqçisi Cennaro Qattuzo komandasının İspaniya La Liqasının 3-cü turunda "Atletiko Madrid"ə məğlubiyyətini (0:1) şərh edib.

Fanat.Az xəbər verir ki, "Marca" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:

"Oyun haqda danışmaq çətindir. Son iki qarşılaşmada xal qazana bilməmişik. Bu, düzgün deyil... Amma mən oyunçulara dedim ki, biz işləməli və irəli baxmalıyıq. Bəxtimiz gətimədiyini və ya hakimin səhvə yol verdiyini bəhanə etmək çıxış yolu deyil. Uğur qazanmağın bircə yolu var - çalışmaq. Kavani? O, üç ay oynamayıb. Hansı vəziyyətdə olduğuna baxacağıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər