"Bayern" Yaponiya millisinin üzvü ilə anlaşdı

"Bayern" Yaponiya millisinin üzvü ilə anlaşdı

Yaponiya millisinin müdafiəçisi Hiroki İto karyerasını "Bayern Münhen"də davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Xəbərə görə, Almaniya nəhəngi ilə "Ştutqart"da çıxış edən futbolçu arasında 5 illik müqavilə imzalanıb. Anlaşma futbolçu tibbi müayinədən keçdikdən sonra qüvvəyə minəcək.

Transfer Münhen komandasının yeni baş məşqçisi Vinsent Kompaninin istəyi ilə həyata keçirilib. "Bayern" 30 milyon təzminat ödəyərək futbolçunu almağa razılaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər