"Bayern" Levandovskinin yerinə ingilis ulduzu istəyir

"Bayern" Levandovskinin yerinə ingilis ulduzu istəyir

"Bayern Münhen" bu yay Almaniya nəhəngini tərk etmək istədiyini açıqlayan Robert Levandovskiyə potensial əvəzləyici tapıb.

Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin əsas transfer hədəfi "Tottenhem Hotspur"un və İngiltərə millisinin hücumçusu Harri Keyndir. 

Mənbə "Bayern"in öncə ingilis forvardı almağa cəhd edəcəyini, ardından digər variantları nəzərdən keçirəcəyini vurğulayıb.

"Bayern" Levandovskinin yerinə ingilis ulduzu istəyir

Qeyd edək ki, Keynin "Tottenhem"lə olan müqaviləsinin müddəti 2024-cü ilə qədərdir. Son mövsümdə klubunun formasıyla bütün turnirlərdə 50 matça çıxan forvard 27 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər