Koronavirus pandemiyasına baxmayaraq, Yaponiya Tokio 2020-ci il Yay Olimpiya Oyunlarını nəzərdə tutulan tarixlərdə keçirmək niyyətindədi.
Fanat.Az xəbər verir ki, Yaponiyanın baş naziri Şinzo Abe növbəti dəfə bu yöndəki istəyini dilə gətirib:
"İnfeksiyanın yayılmasının qarşısını alacağıq və planlaşdırdığı kimi, problemsiz şəkildə Olimpiadanı keçirəcəyik".
Tokio-2020-nin taleyi ilə bağlı yekun qərarı Beynəlxalq Olimpiya Komitəsi qəbul edəcək.
2020-ci il Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust tarixlərində keçirilməlidi.
Qeyd edək ki, hazırda Yaponiyada koronavirusa yoluxan insanların sayı 1400-ü keçib. Ölkədə 28 nəfər pandemiyadan dünyasını dəyişib.
Fanat.Az