Dortmund "Borussiya”sı "Barselona”nın hücumçusu Pako Alkaseri heyətə qatıb.
Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, "arılar” futbolçu və klubuyla razılığa gəlib.
Bu mövsümdən "Borussiya”da icarə əsasında top qovan forvardın keçidinə görə Bundesliqa təmsilçisi Kataloniya klubuna 23 milyon avro ödəyəcək. Bundan başqa, 5 milyon avroluq bonus da nəzərdə tutulub. İspaniya yığmasının üzvü Almaniya klubuyla bağlayacaq sazişin müddəti isə 2023-cü ilə qədər olacaq.
Keçidin ictimaiyyətə bazar günü açıqlanacağı bildirilir.
Alkaser bu mövsüm Bundesliqada 6 matça çıxıb və 8 qolla yadda qalıb.
Fanat.Az