"Barselona"nın baş məşqçisi Xavi rəhbərlik etdiyi komandanın oyun üslubunu dəyişməyəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, AS onun dediklərini belə çatdırıb:
"Barsa"nın DNT-sini təmsil edən varsa, o, mənəm. Topla oynamaq istəyirəm. Hərçənd bəzən əksinə də olur.
"Real Madrid"lə oyunlarda Kroos və Modriçdən topu necə almaq lazımdır? Məni "qidalandıran" üsluba qarşı necə çıxım? Bunu heç vaxt etmərəm. Bu gün dünya idmanında məni tanıyırlarsa, buna oyun üslubumun hesabına nail olmuşam".
Xatırladaq ki, hazırda 64 xalla La Liqanın turnir cədvəlinə başçılıq edən "Barselona" əzəli rəqibi "Real"ı 9 xal qabaqlayır.
Nihat